Avtomobil aşdı, sərnişin həyatını itirdi

13 Sentyabr 2026 10:13 (UTC+04:00)

Sentyabrın 12-də saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya verilən məlumata görə, yol kənarına düşən avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.