Ruslar ŞOKDA - deputatın 1 milyardlıq əmlakı üzə çıxdı!

13 Sentyabr 2026 02:02 (UTC+04:00)

Rusiyanın hakim Vahid Rusiya Partiyasından Dövlət Dumasına namizəd Yevgeni Apostolov və ailəsinin İspaniya və Rusiyada ümumi dəyəri 1 milyard rubldan çox olan daşınmaz əmlaka sahib olduğu iddia edilir.

SİA Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.

Hazırda Həştərxan Vilayət Dumasının deputatı olan Apostolov əvvəllər regionun mədəniyyət və idman nazirinin müavini vəzifəsində çalışıb. 2017-ci ildən isə Həştərxanda ailəsinə məxsus “Delta” lombardının direktor müavinidir.

Lombardın rəsmi olaraq yeganə sahibi deputatın anası Tatyana Apostolovadır.

FBK-nın məlumatına görə, Apostolovlar ailəsi 2014-cü ildən etibarən İspaniyanın məşhur Kosta-del-Sol sahillərində daşınmaz əmlak almağa başlayıb. Əməliyyatlar yenə deputatın anasının adına rəsmiləşdirilmiş İspaniya şirkəti vasitəsilə həyata keçirilib.

Araşdırmaya əsasən, ailə İspaniyanın ən bahalı kurort şəhərlərindən olan Marbelyada yeddi mənzil və bir taunhaus alıb. Bu əmlakların ümumi dəyəri 8,71 milyon avro – təxminən 870 milyon rubl qiymətləndirilir.

Mətləb