"Liverpul" və "Çelsi"dən XAL İTKİSİ

13 Sentyabr 2026 01:20 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının 2026/2027-ci il mövsümünün 4-cü turunda "Liverpul" "Fulhem"lə qolsuz heç-heçə edib, "Çelsi" isə "Hall Siti" ilə 2:2 hesablı sülhə razılaşıb.

"Enfild" stadionunda keçirilən görüşdə "Liverpul" və "Fulhem" qapılara yol tapa bilməyiblər - 0:0.

Bu nəticədən sonra "Liverpul" 6 xalla turnir cədvəlinin 4-cü pilləsində, "Fulhem" isə 1 xalla 17-ci sırada qərarlaşıb.

Digər oyunda Londonun "Stemford Bric" stadionunda "Çelsi" "Hall Siti" ilə 2:2 hesablı heç-heçə edib. Morqan Rocers 7-ci dəqiqədə meydan sahiblərini önə keçirib. Məhəmməd Bellumi 28-ci və 34-cü dəqiqələrdə fərqlənərək "Hall Siti"ni hesabda önə çıxarıb. Joao Pedro 66-cı dəqiqədə hesabı bərabərləşdirib.

Mətləb