Rumınlar ŞOKDA - benzinin qiyməti kəllə-çarxa çıxıb

12 Sentyabr 2026 23:03 (UTC+04:00)

Rumıniyada benzinin pərakəndə satış qiyməti yeni tarixi maksimuma yüksəlib. SİA xəbər verir ki, Rumıniyanın “Digi24” telekanalının məlumatına görə, sentyabrın 12-də OMV şirkətinin bəzi yanacaqdoldurma məntəqələrində standart benzinin bir litri 9,97 leyə satılıb. Ölkə üzrə orta qiymətin təxminən 9,88, dizel yanacağının isə 10,35 ley səviyyəsində olduğu bildirilir.

Yanacaq bazarındakı bahalaşma beynəlxalq neft kotirovkalarının sürətlə yüksəlməsi fonunda baş verir. “Brent” markalı neftin bir barelinin qiyməti 106 dolları keçib. Yaxın Şərqdə geosiyasi gərginliyin artması, Hörmüz boğazı ətrafındakı risklər və neft daşımalarına dair narahatlıqlar dünya bazarında qiymətlərə təsir göstərən əsas amillər sırasında qeyd olunur.

Mətləb