"Barselona"lı ulduz futbolçu La Liqada ayın ən yaxşı seçildi

12 Sentyabr 2026 22:19 (UTC+04:00)

'Barselona”nın vingeri Rafinya Dias La Liqada avqust ayının ən yaxşı futbolçusu seçilib. SİA xəbər verir ki, braziliyalı oyunçu mövsümün ilk üç turunda komandasının qazandığı qələbələrdə mühüm rol oynayıb. “Barselona” bu görüşlərdə “Elçe”ni 5:0, “Atletik”i 2:0, “Rayo Valyekano”nu isə 5:2 hesabı ilə məğlub edib.

Rafinya sözügedən 3 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçu səsvermədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemi, “Atletiko”nun oyunçusu Aleks Baenanı, “Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanqı və “Alaves”in futbolçusu Nauel Tenalyanı qabaqlayıb.

Mətləb