Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:27 (UTC+04:00)

...Rusiyada işsizlik səviyyəsi rekord səviyyədə - 2,3 faizə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRICS Biznes Forumunda bildirib.
...İşsizlik bizim üçün rekord, tarixi rekord - 2,3 faizə düşüb.

Bunu deyən dövlət başçısının sözlərinə görə, Rusiya iqtisadiyyatı yeni texnologiyaların tətbiqi və daxili inkişafların dəstəklənməsi sayəsində xarici məhdudiyyətlər qarşısında inkişaf etməyə davam edir.

Prezident qeyd edib ki, ölkədə süni intellekt, muxtar sistemlər, rəqəmsal platformalar və müasir maliyyə alətlərindən fəal şəkildə istifadə olunur.

…Bütün bunlar bir daha sübut edir: hətta sərt xarici məhdudiyyətlər şəraitində belə, iddialı vəzifələr qoymaq və onları uğurla həll etmək mümkündür, - dövlət başçısı bildirib. …Xatırladaq ki, daha əvvəl rus saytları Rusiyaya qarşı təxminən 30.000 sanksiya tətbiq edildiyini yazmışdı.

Rusiyalı prezidentin sözlərinə görə, bu, dünyanın bütün digər ölkələrinə qarşı birlikdə tətbiq edilən sanksiyalardan təxminən iki dəfə çoxdur.

Bununla belə, Putin qeyd edib ki, ölkə daxili biznes, elm, texnologiya və təhsilin imkanları sayəsində məhdudiyyətlərə uyğunlaşa, eləcə də tərəfdaşlarla əlaqələri gücləndirə bilib.

Əli Babayev