Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb

12 Sentyabr 2026 13:46 (UTC+04:00)

Polis əməkdaşları sentyabrın 11-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 odlu silah aşkarlayıblar.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 10 ədəd müxtəlif çaplı patron aşkar edİlərək götürülüb.