Azərbaycan neftinin qiyməti 120 dolları keçib

12 Sentyabr 2026 10:59 (UTC+04:00)

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,4 % artaraq 120,02 ABŞ dolları təşkil edib.

Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,56 ABŞ dolları təşkil edib.