İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. Bu barədə "Fars" agentliyi məlumat yayıb.
SİTAT: "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanların olmamasına görə təslim olsun, ancaq İran xalqı təslim olmayacaq", - o bildirib. Pezeşkianın sözlərinə görə, Vaşinqton müharibəni düzgün formada aparmır: "Əgər bunlar müharibə adamıdırsa, hərbçilərlə savaşsınlar; xalqın çörəyi, dolanışığı və infrastrukturu ilə nə işləri var? Niyə xalqın su və qida yolunu bağlayırlar?".
Mətləb