Gürcüstanda baş nazirin keçmiş müavini həbs olunub

11 Sentyabr 2026 23:18 (UTC+04:00)

Gürcüstanda keçmiş məmur həbs olunub. Belə ki, bu ölkənin Baş Prokurorluğunun əməkdaşları tərəfindən Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri, baş nazirin sabiq müavini Georgi Baramidze saxlanılıb. Bu barədə İmedi TV-nin məlumatında deyilir.

Bildirilib ki, Baramidze dövlətə xəyanətdə və təxribatda ittiham edilir. Həbsin təfərrüatları barədə geniş məlumat hələlik açıqlanmayıb.

Mətləb