“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı

11 Sentyabr 2026 19:59 (UTC+04:00)

Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, günün ikinci matçında “Elite Polo Club” (Azərbaycan) və “Moscow Polo Club” (Rusiya) qarşılaşıb.

Saat 17:15-də başlayan qarşılaşma təmsilçimizin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirə sentyabrın 13-də yekun vurulacaq.