Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər

11 Sentyabr 2026 18:18 (UTC+04:00)

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xarici diplomatlara Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, işğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.