Süni intellekt yaradıcı peşələri sıradan çıxaracaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA

11 Sentyabr 2026 17:13 (UTC+04:00)

"Açığı desəm, çox geniş bir spektrdir. Bu məsələləri nəzərə almaq lazımdır ki, daha çox o peşələrdir ki, o peşələr daha çox, məsələn, yaradıcı işlərdir. Məsələn, musiqi bəstələmək, hər hansı bir ssenari yazmaq və yaxud da kliplər, məsələn, süni intellekt ilə çəkilir və yaxud da, məsələn, tutaq ki, hər hansı təqdimatların hazırlanması. Bunlar artıq süni intellektlər vasitəsilə həyata keçirilir və bunlar ciddi bir şəkildə artıq müəyyən dərəcədə müəyyən peşələri, əlbəttə ki, risk altına qoyur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib.

Onun sözlərinə görə, məsələn, aktyorlar üçün, əlbəttə ki, ciddi problemdir. Daha sonra klipmeykerlər, klip çəkənlər üçün, digər tərəfdən bəstəkarlar üçün: "Məsələn, hal-hazırda mahnı bəstələyən süni intellekt həm də öyrənir, öyrənə-öyrənə bəstələyir. Artıq, məsələn, muğamları belə yavaş-yavaş öyrənir və s. Gələcəkdə yəqin, simfoniya da yazacaq, opera da yazacaq süni intellekt və artıq buna doğru gedir. Bəlkə də artıq var həmin süni intellekt, sadəcə olaraq təqdim olunmayıb.

Yəni bu istiqamətlərdə, əlbəttə ki, çox ciddi məsələlər var. Amma məsələnin digər tərəfi də var. Digər tərəfi bundan ibarətdir ki, bu peşələrin tam öləcəyini düşünmək doğru olmaz. Amma burada ciddi rəqabət olacaq və keyfiyyət amili önə çıxacaq.

Məsələn, belə deyək də, tutaq ki, çox bəsit bir nümunə deyəcəyəm: kütləvi şəkildə quşçuluq fermaları var və broyler yumurtaları var və yaxud da toyuqları var. Amma bu o demək deyil ki, həmin broyler yumurtaları kənd yumurtalarını sıradan çıxara bildi. Yəni ekoloji təmiz məhsula bu gün necə tələb varsa, gələcəkdə də əməyinə, insan nəfəsinə, insan ruhuna, yəni bir ruh hiss etmək istəyəcək insanlar.

Əl əməyilə olan necə ki, indi hal-hazırda məhsullar bahadır, gələcəkdə də süni intellekt deyil, insan tərəfindən çəkilən kliplər, filmlər, yazılan ssenarilər daha çox tələb görəcək və daha da baha olacaq süni intellektə nisbətən. Çünki süni intellektlə bunun çəkilməsi daha az vaxt aparır, nəinki insan tərəfindən".