İsveçrə Alp dağlarında Hollandiyaya aid tur avtobusu aşıb

11 Sentyabr 2026 14:38 (UTC+04:00)

Şərqi İsveçrənin Alp dağlarında Hollandiyaya aid tur avtobusu qəzaya uğrayıb. Nəticədə 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qraubünden kantonunda polis bildirib ki, qəza Susch və Zernez kəndləri arasındakı Engadinerstrasse yolunun tikinti zonasında baş verib. 45-48 sərnişini olan avtobus yol kənarındakı maneyə çırpılaraq aşıb.

Xilasetmə əməliyyatına 7 helikopter və 13 təcili yardım briqadası cəlb edilib. Yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır. Hadisə yerindən yayılan görüntülərdə xilasetmə qruplarının aşmış avtobusu elektrik mişarlarla kəsdiyi görünür.

Avtobus OAD turizm şirkətinə məxsus olub və bütün sərnişinlər Hollandiya vətəndaşlarıdır. Şirkət açıqlamasında "bu faciəvi avtobus qəzasından dərin kədərləndiyini" bildirib.

İsveçrə Prezidenti Guy Parmelin X platformasında paylaşım edərək "qurbanların və yaxınlarının yanındayam" yazıb və hadisənin "hərtərəfli və ətraflı araşdırılacağını" qeyd edib.

Hollandiya Xarici İşlər Nazirliyi də qurbanların sayı ilə bağlı hələ rəsmi təsdiq olmadığını bildirib. Prokurorluq qəzanın səbəbini araşdırır.