Bu gün Azərbaycan dünya miqyasında iqtisadi, siyasi, hərbi gücü ilə tanınan, böyük nüfuz sahibi olan dövlətlərdəndir. Məhz bu güc Azərbaycanın beynəlxalq aləmdə əsas söz sahibi olan dövlətlərdən biri olaraq tanınmasına əsas verib. Əksər dövlətlər ölkəmizlə iki və çoxtərəfli əlaqələr qurmağa, əməkdaşlıq münasibətləri yaratmağa çalışır. Sülhə və təhlükəsizliyə, sabitliyə və rifaha mühüm töhfə verən ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla da geniş əlaqələrə malikdir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə qurulan geniş əməkdaşlıq münasibətləri buna misal ola bilər. Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda baş tutan və Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdikləri sammiti Azərbaycanın siyasi kursuna uyğun olaraq sabitliyə, sülh və təhlükəsizliyə həsr olunmuşdur. Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik etdiyi beynəlxalq toplantı "ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında keçirilir. Qurumun 26-cı Zirvə görüşündə, ümumilikdə, 17 dövlətin lideri və nümayəndə heyəti iştirak edir. Azərbaycanın 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı statusu qazanması hər iki tərəfə maraqlarının təmin olunmasına geniş imkanlar yaradıb. Ölkəmizin ŞƏT, üzv olan ölkələrlə xüsusilə də, Mərkəzi Asiya dövlətləri ilə qurduğu, iki və çoxtərəfli əməkdaşlıq münasibətləri iqtisadi, ticarət münasibətlərini hər il bir qədər də artmasına təkan olub. Nəzərə alınmalıdır ki, ŞƏT-in dünya iqtisadiyyatın çəkisi trilyon dollarla ölçülür. Belə ki, dünya iqtisadiyyatının 25 faizə yaxını Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin payına düşür. İqtisadçıların hesablamasına görə, bu faiz göstəricisi təqribən 25 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsul deməkdir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri ölkəmizə nəhəng bazar əldə etməsi, iqtisadi gücünün daha da artırması deməkdir. İqtisadiyyat Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından ilk onluqda yer alan dövlətlərdən 3-ü məhz ŞƏT üzvü olan ölkələrdir. Onlardan 2-si ŞƏT-in tamhüquqlu üzvü, 1-i isə tərəfdaş dövlət statusuna malikdir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığının digər aspektləri 2018-ci ildə Çinin Çindao şəhərində "Çin-Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası" yaradılıb. Həmin zonada "Made in Azerbaijan" brendli qida məhsullarının təqdim olunduğu "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir.
2025-ci ildə ŞƏT-in Astana sammiti zamanı Azərbaycan–Çin əlaqələrinin inkişafına yeni bir təkan olan iki ölkə liderləri arasında görüşlər keçirildi və müvafiq qərarlar verildi. Başlıca mühüm qərar isə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyannamənin qəbul edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri, bu səfər çərçivəsində keçirilən yüksəksəviyyəli rəsmi qarşılanma mərasimi, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü və aparılan danışıqların nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açdı.
Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasından sonra ŞƏT ölkələri arasında gələcək əməkdaşlığın əsas sahələrini müəyyən edən hərtərəfli sənədlər paketi imzalandı. Əsas sənədlərdən biri Şanxay Əməkdaşlıq Təşkilatının iyirmi beşinci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi idi. 7 iyun 2002-ci il tarixli ŞƏT Xartiyasına dəyişiklik və əlavələr edən protokol da imzalandı. Əhəmiyyətli qərarlar toplusu təhlükəsizlik məsələləri və transmilli təhdidlərə qarşı mübarizə ilə bağlıdır. Xüsusilə, ŞƏT Üzv Dövlətlərinə Təhlükəsizlik Çətinlikləri və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz və ŞƏT Narkotiklərə Qarşı Mübarizə Mərkəzinin İcraiyyə Komitəsi üçün müddəalar təsdiq edildi. ŞƏT ölkələri həmçinin 2030-cu ilə qədər iki proqram qəbul etdilər: biri narkomaniya ilə mübarizə, digəri isə sintetik narkotiklərin və onların prekursorlarının yayılmasına qarşı tədbirləri əlaqələndirmək.
Beynəlxalq informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirildi. ŞƏT üzv dövlətləri arasında 2026-2028-ci illər üçün qarşılıqlı fəaliyyət planı, eləcə də informasiya sahəsində səlahiyyətli qurumlar arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Ekologiya və davamlı inkişafla bağlı daha bir qərar toplusu. Ölkələr biomüxtəlifliyin qorunması və davamlı idarə olunması təşəbbüsünü dəstəklədilər və 2026-2031-ci illər üçün bu sahədə birgə fəaliyyət planını təsdiqlədilər.
Yaşıl texnologiyalar, logistika və enerji iqtisadi gündəmdə xüsusi yer tuturdu. 2026-2030-cu illər üçün ŞƏT Yaşıl Texnoloji Dəhlizinin formalaşdırılması üzrə əməkdaşlıq proqramı təsdiq edildi. Bundan əlavə, təşkilatın üzv dövlətlərində limanların və logistika mərkəzlərinin inkişafı üçün 2026-2030-cu illər üçün fəaliyyət planı qəbul edildi. Enerji sahəsində əməkdaşlıq xüsusi diqqət çəkdi. Dövlət başçıları enerjiyə qənaət və enerji səmərəliliyi, eləcə də enerji sistemlərinin inkişafı sahəsində əməkdaşlıq barədə bəyanatlar imzaladılar.
Süni intellekt və rəqəmsal infrastruktur perspektivli sahələrdən biri kimi ortaya çıxdı. ŞƏT daxilində regional məlumat emalı mərkəzlərinin, hesablama gücünün yaradılması və süni intellekt sənayesinin inkişafı konsepsiyası təsdiq edildi. Hökumətlər həmçinin süni intellekt sahəsində əməkdaşlıq memorandumu imzaladılar. Zirvə toplantısında nüvə təhlükəsizliyi və mühafizə məsələləri də müzakirə olunub. Bu sahədə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi barədə bəyannamə qəbul edilib.
ŞƏT üzv dövlətləri ayrı-ayrı bəyanatlarda ailə institutuna dəstəyini və fövqəladə hallardan təsirlənən ölkələrə yardım göstərməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Eyni zamanda, ŞƏT üzv dövlətlərinin hökumətləri arasında cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında 11 iyun 2010-cu il tarixli sazişə dəyişiklik və əlavələr edən protokol imzalanıb. Təşkilatın üzv dövlətlərinin hökumətləri iqlim dəyişikliyi ilə mübarizə, süni intellekt və informasiya mübadiləsi sahəsində əməkdaşlıq memorandumları imzalayıblar.
Göründüyü kimi, ŞƏT dünyanın ən nüfuzlu və aparıcı beynəlxalq təşkilatına çevrilir. Azərbaycanın bu təşkilatın fəaliyyətinə və gücünün artırılmasına mühüm töfhələr verməsi başa düşüləndir. Çünki təşkilatın əsa istiqamətlərdən bir də sülh və sabitliyin yaradılmasıdır. Azərbaycan regionun güc mərkəzi olaraq bu missiyanı fəal formada həyata keçirir. Prezidentimiz İlham Əliyevin sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında keçirilən sammitində çıxışı zamanı ilk olaraq ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlar, onun beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi münasibətilə Prezidenti və Qırğızıstan xalqını təbrik etdi. Daha sonra bildirdi ki, Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstəyi nümayiş etdirir.
Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə veriləcək addımların atıldığını söylədi "Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək".
İ.ƏLİYEV