Hacıqabulda "Kamaz" "Mercedes"lə toqquşub - ölən və yaralananlar var

11 Sentyabr 2026 04:06 (UTC+04:00)

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlum olub ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Kamaz” markalı yük avtomobili ilə “Mersedes Vito” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakini, 1979-ci il təvəllüdlü Sayad Abdulla qızı Qasımova ölüb, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Elbrus Tağıyev və 1957-ci il təvəllüdlü Nailya Tağıyeva xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.