Bu gün "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb. SİA xəbər verir ki, paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağıdır. "Old Trafford" stadionunda keçirilən və 70 minədək azarkeşin arenada canlı izlədiyi oyunu Fransadan olan hakimlər briqadası idarə edir. Xatırladaq ki, "Sabah" tarixində ilk dəfə ÇL-in əsas məhələsində iştirak edir.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sabah" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Momçilo Markoviç (Serbiya)
"Old Trafford", Mançester, İngiltərə.
***
Kunya 27-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirdi: 1-0.
***
Fernandeş 42-ci dəqiqədə fərqi artırdı: 2-0.
***
Şeşko ilk hissənin son dəqiqəsində fərqi üçə çatdırdı: 3-0
**
Martinez 68-ci dəqiqədə dördüncü qolu vurdu: 4-0.
***
Qarşılaşma "Mançester Yunayted"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mətləb