“Turan Tovuz”dan daha bir TRANSFER

11 Sentyabr 2026 01:22 (UTC+04:00)

“Turan Tovuz” Futbol Klubu Aleksa Yankoviçi transfer edib. SİA xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilir ki, son olaraq “Sumqayıt”ın formasını geyinən serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.

Mətləb