BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da Yəməndəki vəziyyətlə bağlı iclas keçirəcək. SİA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytında qeyd olunub.
Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında çağırılan iclasda BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq çıxış edəcək. Səudiyyə Ərəbistanı və Yəmən də iclasda iştirak edəcəklər.
Mətləb