"Botafoqo" Hakim Ziyeşi transfer edib

10 Sentyabr 2026 19:36 (UTC+04:00)

"Botafoqo" klubu Hakim Ziyeşi transfer edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mərakeş millisinin üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ziyeşin son klubu ölkəsində "Vidad" olub.