Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) nəzarət və tənzimləmə fəaliyyətinin səmərəliliyinin artırılması, habelə sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə süni intellektə əsaslanan təhlil və proqramlaşdırma üsullarının tətbiqi həyata keçiriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqrama əsasən, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə süni intellekt və təhlil üçün tələb olunan proqram təminatlarının və alətlərin seçilməsi istiqamətində təhlillər aparılacaq. Təhlillərin nəticələrinə uyğun qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modelinin hazırlanacaq, qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modelinin tətbiqi həyata keçiriləcək.
Prosesin əsas icraçı qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
Digər içraçı qurumlar isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.