...SİA-nın əldə etdiyi məlumata görə, keçmiş siyasi məhbus, “Belqazprombank”ın sabiq rəhbəri Viktor Babariko Litvanın “Delfi” qəzetinə verdiyi müsahibədə həbsdən azad edildikdən sonra dünyaya baxışından danışıb...
...Mənim üçün bu dünyada ən böyük dəyişiklik onun rəngarəngliyini itirib ağ-qara rəngə çevrilməsidir. Hər halda, hamı onu belə etməyə çalışır: “dost - düşmən”, “öz – yad”. Mövcud olan bu kateqoriyalılıq mənim üçün gözlənilməz idi. Dünyanın müxtəlif olduğuna inanıram. Mənim üçün bu xoşagəlməz bir kəşf idi, çünki mən bir neçə baxış nöqtəsinin mövcudluğunu nəzərdə tutan təmkinli mövqenin tərəfdarıyam. "Bəli - xeyr" azadlıq deyil.
...Jurnalist “Delfi” “müharibə olanda dünya həmişə ağ-qara olur” fikrini ifadə edib.
Babariko “səbəbləri başa düşdüyünü, amma bu qayda ilə razılaşa bilməyəcəyini”- deyib.
Viktor Babariko həmçinin sanksiyalar, siyasi məhbuslar, rejimlə danışıqlar, Ukraynadakı müharibə mövzularından danışıb və “kimin Krımıdır” sualını cavablandırıb.
Əli Babayev