“Türkiyə bu il G20-yə ev sahibliyi edəcək, tədbir Antalyada keçiriləcək” -ABDULLAH EREN

10 Sentyabr 2026 12:04 (UTC+04:00)

Türkiyə-Azərbaycan əməkdaşlığına da toxunaraq bildirib ki, son 20 il ərzində ölkələr arasında, xüsusilə xüsusi münasibətlər sayəsində mühüm işlər görülüb.
SİA xəbər verir ki, bunu Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Abdullah Eren “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım üçün tərəfdaşlıqlar” panel müzakirəsində çıxışı zamanı deyib.

“İnşallah, bu qarşılıqlı anlaşmanı və əməkdaşlığı digər sahələrə də genişləndirəcəyik”, - deyə o bildirib.

TİKA prezidenti əlavə edib ki, dekabr ayında Türk Dövlətləri Təşkilatının himayəsi altında Türk İnkişaf Platformasının yaradılması planlaşdırılır.

A.Eren Türkiyənin bu il G20-yə ev sahibliyi edəcəyini və tədbirin Antalyada keçiriləcəyini də diqqətə çatdırıb.

O bildirib ki, Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.

“140-dan çox ölkə ilə əməkdaşlıq təcrübəsinə malikəm və hesab edirəm ki, bu təcrübə üç ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər”, - deyə A.Eren qeyd edib.

TİKA prezidenti çıxışının sonunda AIDA-nın 15 illiyi münasibətilə təbriklərini çatdırıb və qurumun fəaliyyətinə töhfə verən əməkdaşlara təşəkkür edib.