Azərbaycanda 120-dən çox ölkədən olan tələbələr təhsil alıb -CEYHUN BAYRAMOV

10 Sentyabr 2026 10:47 (UTC+04:00)

Azərbaycanda 120-dən çox ölkədən olan tələbələr təhsil alıb və ya təhsillərini davam etdirirlər.

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.

O qeyd edib ki, ölkənin beynəlxalq yardımının əhəmiyyətli hissəsi məhz təhsil sahəsinə yönəldilir.