Bu gün Bakıda bu küçələr təmirə bağlanacaq - XƏBƏRDARLIQ

10 Sentyabr 2026 02:25 (UTC+04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək. Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş edilib.

Mətləb