“Putin Üçüncü Reyxin etdiyi səhvi edir...”

9 Sentyabr 2026 19:06 (UTC+04:00)

...Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını nasist Almaniyası tərəfindən Londonun bombalanması ilə müqayisə edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu Polsat News-un efirində açıqladı.

Nazir qeyd edib ki, ilk V2, yəni ballistik raketlər London üzərindən yalnız 1944-cü ilin noyabr ayında atılıb və nəticədə 10 min insan həlak olub, lakin nasist rejimi yenə də müharibəni uduzub.

Sikorski vurğulayıb ki, "Putin Londonu bombalamaqla Almaniya Üçüncü Reyxinin etdiyi səhvi edir".

Onun sözlərinə görə, səhv ondadır ki, "ilk növbədə, onlar şəhərə hücum edib gündə 2-12 nəfəri öldürəndə, bu, Ukrayna ordusunun Donbası müdafiə etmək qabiliyyətinə heç bir şəkildə təsir etmir".

...Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiyanın Kiyevdəki hakimiyyətin legitimliyini zəiflətmək üçün "daha dərin planı" ola bilər.

...Ruslar bunun əhalinin qorxudulmasına və siyasi hakimiyyətə təsirinin məhdudlaşdırılmasına gətirib çıxaracağına inana bilərlər.

Almanlar Koventri və ya Londonu bombalayaraq buna ümid edirdilər. Müttəfiqlər Hamburq, Berlin və ya Drezden şəhərlərini bombalayarkən də buna ümid etmirdilər.

Və hər iki halda bunun əks nəticə verdiyi məlum oldu. İnsanlar hücuma məruz qaldıqda hakimiyyət ətrafında birləşirlər, - deyə o izah edib.

Əli Babayev