Avropa Birliyi Rusiyadan qorunmaq üçün Ukraynaya 3,2 milyard dollar ayıracaq

9 Sentyabr 2026 02:25 (UTC+04:00)

Avropa Birliyinə (AB) üzv ölkələr Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün zəruri məhsulların alınmasına imkan verən istisnanı təsdiqləyib.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Qərb mediasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukraynaya ayrılacaq növbəti 3,2 milyard avro ölkəyə öz səmasını Rusiyanın hücumlarından daha yaxşı qorumağa imkan verəcək.

Mətləb