Mingəçevirdə 2 gəzinti qayığı toqquşub

9 Sentyabr 2026 01:22 (UTC+04:00)

Mingəçevirdə Kür çayında iki gəzinti qayığı toqquşub. SİA Teleqraf-a istinadən xəbər verir ki, hadisə Kürün Sahil parkı ərazisindən keçən hissəsində baş verib.

Məlumata, görə sahilə yaxın hissədə iki kiçik gəzinti qayığı toqquşub. Hadisə zamanı hər hansı xəsarət alan olmasa da, qayıqlara qismən zərər dəyib.

Mətləb