Kanadanın Baş naziri Mark Karni öz "YouTube" kanalında yayımladığı videomüraciətində Kanadanın ABŞ ilə ticarət razılaşması barədə danışıb.
SİTAT: "ABŞ ilə ticarət danışıqlarımız uğursuz olub, bizə təklif olunan şərtlərlə razılaşa bilməzdik. Açığını desək, bu üzücüdür, çünki Kanada və ABŞ arasında qarşılıqlı faydalı ticarət sazişi mümkündür.
Bu, suverenliyə hörməti nəzərdə tutmalı, güclü tərəflərimizə əsaslanmalı, sərhədin hər iki tərəfindəki ailələr üçün qiymətlərin ucuzlaşmasına və iş yerlərinin yaradılmasına kömək etməlidir", - o qeyd edib.
Mətləb