“Fəaliyyətimizin bütün mərhələlərində dayanıqlılıq prinsiplərini nəzərə almağa çalışırıq” -ANDREI SHUBADEROV

8 Sentyabr 2026 15:11 (UTC+04:00)

Bu vəziyyətdə hökumət üçün ilk addım yeni həllərin hazırlanması və onların tətbiqinə başlanılması olub. Bu istiqamətdə vətəndaşların rəqəmsallaşdırılması, xidmətlərin daha əlçatan və səmərəli şəkildə təqdim olunması üçün yüksək səviyyədə mühüm addımlar atılıb.
SİA xəbər verir ki, bu sözləri "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu panel sessiyasında EPAM Azərbaycan üzrə ölkə rəhbəri Andrei Shubaderov bildirib.

Onun sözlərinə görə, bu prosesdə dövlət qurumları ilə özəl şirkətlər arasında əməkdaşlıq xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki müasir dövrdə rəqəmsal transformasiya və dayanıqlı inkişaf yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Dövlət, biznes, elm və cəmiyyət arasında sıx əməkdaşlıq yeni və effektiv həllərin formalaşdırılması üçün əsas şərtlərdən biridir.

“Davamlılıq bizim DNT-mizdə var. Buna görə də fəaliyyətimizin bütün mərhələlərində dayanıqlılıq prinsiplərini nəzərə almağa çalışırıq. Böyük şirkətlər bizim fəaliyyətimizi qiymətləndirərkən ilk növbədə mövcud vəziyyətimizə, dayanıqlılıq sahəsində gördüyümüz işlərə və götürdüyümüz öhdəliklərə diqqət yetirirlər.

Bizim əməkdaşlarımızın hər biri davamlı inkişaf məsələlərinə xüsusi yanaşır. Bu yanaşma təkcə şirkətin fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda gələcək üçün daha məsuliyyətli və dayanıqlı mühitin yaradılmasına xidmət edir.

Bu baxımdan, dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və rəqəmsal həllərin inkişaf etdirilməsi qarşıdakı dövrdə də əsas prioritetlərdən biri olmalıdır. Hesab edirəm ki, birgə fəaliyyət nəticəsində həm vətəndaşlar, həm biznes, həm də bütövlükdə cəmiyyət üçün daha səmərəli və dayanıqlı nəticələr əldə etmək mümkündür”.

O, çıxışının sonunda bu məsələnin müəyyən aspektlərinin onun birbaşa səlahiyyət dairəsinə aid olmaya biləcəyini qeyd etsə də, dayanıqlı inkişaf və rəqəmsal transformasiya istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.