"Özbəkistan Mərkəzi Asiya dövlətləri arasında seçilən, inkişaf edən və regionda özünəməxsus yeri olan bir dövlətdir".

Onun sözlərinə görə, əlbəttə ki, Mərkəzi Asiya ölkələri arasında dostluğun və birliyin təmin olunması, Türk Dövlətləri Təşkilatı sıralarında onların yerinin möhkəmlənməsi türk xalqları üçün, Azərbaycan üçün, eləcə də Türkiyə üçün çox vacib və əhəmiyyətlidir: "Bu baxımdan Azərbaycan Prezidenti öz səylərini daim ortaya qoyub. Türk Dövlətləri Təşkilatının yaradıcılarından biri kimi, ona ən önəmli dəstək verən lider kimi daim türk dövlətlərinin birliyinin təmin olunmasına çalışıb. Özbəkistanın bu sahədə xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, digər dövlətlərin də təşkilatda sıx birləşməsinə lazımi köməklik və dəstəklər göstərib.
Orta Dəhlizin istifadəsində Mərkəzi Asiya ölkələrinin iştirakı, nəqliyyat sektorunun və infrastrukturunun genişləndirilməsi, əlbəttə ki, gələcək üçün çox böyük perspektivlər verir. Bunu cənab Prezident öz çıxışlarında dəfələrlə səsləndirib. Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də Azərbaycan–Özbəkistan birliyinin sarsılmaz, daimi və əbədi olduğunu bir daha göstərib.
Cənab Prezident Özbəkistanda çox böyük hörmət və ehtiramla qarşılanıb. Bu, səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əmin-amanlığın və qardaşlığın, regionda, Cənubi Qafqazda, Mərkəzi Asiya ölkələrində, eləcə də dünyada sülhün təminatçısı kimi çıxış edir.
Özbəkistanın bu sahədəki fəaliyyəti də önəmlidir. İki dövlətin birliyi və qardaşlığı bir daha göstərir ki, bu ənənələr və münasibətlər bundan sonra da daha sürətlə inkişaf edəcək, dövlətlərin rifahı və inkişafı, xalqların dostluğu durmadan irəli gedəcək.
Cənab Prezidentin Özbəkistanda keçirdiyi görüşlər, dostluğa və qardaşlığa verdiyi önəm, Özbəkistan Prezidentinin Azərbaycanın inkişafı və tərəqqisi sahəsində görülən işlərə böyük əhəmiyyət verməsi, əlbəttə ki, imkanların genişləndirilməsinə və dostluğun möhkəmləndirilməsinə xidmət edir.
İki dövlət humanitar sahədə də bir-birinə daim dəstək verirlər. Özbəkistanın Füzulidə bir çox humanitar tədbirlərə verdiyi önəm, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işləri yüksək qiymətləndirməsi, cənab İlham Əliyevin fəaliyyətinə böyük dəyər verməsi, sözsüz ki, dostluğa və qardaşlığa verilən qiymətdir.
Cənab Prezident də öz növbəsində Özbəkistan xalqının daim uğurlar qazanması, Özbəkistan Prezidentinin fəaliyyətinin yüksəlməsi naminə öz qardaşlıq köməyini əsirgəmir. Bu qarşılıqlı səfərlər, görüşlər və dəstək iki ölkə arasındakı dostluğu və qardaşlığı daha da möhkəmləndirir və qüdrətləndirir".