Türkiyədə ağır yol qəzası - 4 ölü, 8 yaralı...

8 Sentyabr 2026 01:03 (UTC+04:00)

Türkiyədə daha bir ağır yol nəqliyyat hadisəsi baş verib. Ölkənin Düzcə vilayətində yük maşını kənd təsərrüfatı işçilərini aparan nəqliyyat vasitəsi ilə toqquşub. "Haber Global"ın məlumatına görə, qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və jandarm əməkdaşı cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mətləb