Köhnə Ələt-Astara magistralında hərəkət bərpa olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, köhnə Ələt-Astara magistralında hərəkətdə məhdudiyyət yaran yol açılıb.
Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlərlə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa edilib.
Qeyd edək ki, güclü külək səbəbindən sözügedən magistralda irigövdəli ağaclar aşaraq hərəkətdə məhdudiyyət yaratmışdı.