“Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib

7 Sentyabr 2026 18:54 (UTC+04:00)

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilib.

“Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub.