Almaniya Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır..?

7 Sentyabr 2026 18:19 (UTC+04:00)

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq və Höte mərkəzlərinin əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN Sankt-Peterburqdakı alman diplomatlarının sentyabrın 18-dək Rusiyanı tərk etmələrini tələb edib.

Höte mərkəzlərinin əməkdaşları isə sentyabrın 13-dək Rusiyanı tərk etməlidirlər.

“Rusiya Federasiyası və Almaniya Federativ Respublikası arasındakı münasibətlərdə yeni bir eskalasiyanın nəticələrinə görə məsuliyyət tamamilə Berlinin üzərinə düşür”, - Rusiya XİN-in məlumatında deyilir.