İkiqat hesablamanın qarşısını almaq üçün vahid bir mexanizmin olması lazımdır. Uzunmüddətli perspektivdə, əgər gələcəkdə kifayət qədər inkişaf etmiş ETS (Emissiya Ticarət Sistemi) formalaşarsa, bu sertifikatlar daxili bazarda da istifadə oluna bilər.
SİA xəbər verir ki, “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Regional enerji bağlantısı üçün transsərhəd bərpa olunan enerji sertifikatları (REC-lər) panel sessiyasında Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin direktor müavini Rəna Hümbətova bildirib.
Onun sözlərinə görə, biz hər şeyin qiymətləndirilməsini istəyirik. Lakin hazırda görürük ki, bu sertifikatlar əsasən könüllü bazarlarda satılır.
Uyğunluq bazarı üçün isə sistemimizi beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Hesab edirəm ki, milli sistemimizlə beynəlxalq sistem arasında məlumat mübadiləsi təmin edilməlidir.
Bu alət çərçivəsində köçürmə və xidmət şərtləri də dəqiq müəyyənləşdirilməlidir.