Yaşıl enerjinin əsas şərti onun bərpa olunan mənbələrdən əldə edilməsinin təsdiqidir -ORXAN ZEYNALOV

7 Sentyabr 2026 17:27 (UTC+04:00)

Lakin transsərhəd bərpa olunan elektrik enerjisi ticarətinin özünün tam ekoloji, iqtisadi və kommersiya dəyərini ortaya qoyması üçün yalnız fiziki interkonnektorların mövcudluğu kifayət deyil. SİA xəbər verir ki, bu sözləri “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Regional enerji bağlantısı üçün transsərhəd bərpa olunan enerji sertifikatları (REC-lər) panel sessiyasında Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov deyib.
Onun sözlərinə görə, bizə həmçinin etimad, şəffaflıq və elektrik enerjisinin haradan əldə olunduğunu nümayiş etdirməyə imkan verən etibarlı mexanizm lazımdır.

Yaşıl elektrik enerjisinin əsas xüsusiyyəti onun bərpa olunan enerji mənbələrindən istehsal edildiyinə dair etibarlı və yoxlanıla bilən sübutun mövcud olmasıdır.

Məhz bu məqamda bərpa olunan enerji sertifikatları (REC-lər) mühüm rol oynayır. REC-lər istehsalçılara, treyderlərə, istehlakçılara və tənzimləyici qurumlara elektrik enerjisinin bərpa olunan enerji xüsusiyyətlərini yoxlamağa imkan verən şəffaf mexanizm yaradır.

Onlar həmçinin eyni bərpa olunan enerji göstəricisinin iki dəfə hesablanmasının qarşısını almağa kömək edir.