İlk fəaliyyətimizə İraqda, cəmi altı obyekt üzrə başladıq -LOLA ODUNSİ

7 Sentyabr 2026 15:00 (UTC+04:00)

Əməkdaşlıq baxımından da gördüyümüz inkişaf bizi çox sevindirir. OGCI ilə həyata keçirdiyimiz işlərdən, eləcə də OGDC ilə əməkdaşlığımızdan çox məmnunuq.
SİA xəbər verir ki, bu sözləri Lola Odunsi — GHGSat şirkətinin region üzrə hesablar üzrə direktoru “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə panel müzakirəsində deyib.

İlk fəaliyyətimizə İraqda, cəmi altı obyekt üzrə başladıq. Daha sonra bu işi Qazaxıstan, Əlcəzair və Misirdə davam etdirdik və nəhayət, Azərbaycana gəldik. Azərbaycanda yeddi emissiya mənbəyinin müəyyən edilməsi və onların hamısının aradan qaldırılması böyük uğur hekayəsidir.

Hesab edirəm ki, bu səviyyədə əməkdaşlıq daha da genişlənəcək, şəffaflıq və operatorlarla əməkdaşlıq artacaq. Bütün bunların qarşıdakı beş il ərzində metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcəyinə inanıram.