Əməliyyat baxımından SOCAR-la birlikdə indiyədək gördüyümüz işlərə dair bir sıra nümunələrimiz var. Lakin bu, qarşıdakı dövrdə görəcəyimiz işlərin yalnız başlanğıcıdır.
SİA xəbər verir ki, bu sözləri Lola Odunsi — GHGSat şirkətinin region üzrə hesablar üzrə direktoru “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə panel müzakirəsində deyib.
Yetkinlik səviyyəsinə gəldikdə isə müxtəlif operatorlar metan emissiyaları ilə bağlı bilik və imkan baxımından fərqli mərhələlərdədirlər. Hazırda daha çox yetkinlik səviyyəsinin artırılmasına çalışırsınız, yoxsa hələ də müqayisə üçün müəyyən bir baza yaratmağa və emissiyalarla bağlı təşkilat daxilində kimin işləyəcəyini müəyyənləşdirməyə çalışırsınız? Bütün bunlar qarşıdakı beş il ərzində daha da aydınlaşacaq.
Bundan sonra aparılacaq kəmiyyətləşdirmə və ölçmə işləri məhsul itkisi baxımından daha asan müqayisə edilə biləcək. Daha əvvəl də qeyd etdiyimiz kimi, metan emissiyalarının monetizasiyası, yəni onların iqtisadi dəyərinin hesablanması, getdikcə daha böyük əhəmiyyət kəsb edəcək.
Hazırda bir sıra tənzimləyici çərçivələr mövcuddur. Hesab edirəm ki, qarşıdakı beş il ərzində bunlar daha da təkmilləşəcək və möhkəmlənəcək. Buraya Aİ-nin Metan Emissiyaları üzrə Tənzimləməsi (EU MR), OGMP 2.0 və emissiyaların hesabatlılığı çərçivələri daxildir. Bütün bu mexanizmlər növbəti beş il ərzində getdikcə daha geniş şəkildə tətbiq olunacaq.