Qazaxıstanda yeni enerji yataqlarının axtarışı məqsədilə 200 quyu qazılması planlaşdırılır.
SİA xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Energetika nazirinin müavini Yerlan Akbarov bildirib ki, qazma işinin miqyasının artırılması yeni yataqların aşkar edilməsi və ölkənin resurs bazasının genişləndirilməsi üçün zəruridir. İlkin qiymətləndirmələrə görə, qazmanın miqyası 2026-cı ildə təxminən 80 quyu, 2027-2028-ci illərdə isə hər il 120 quyu təşkil edə bilər.
Neft-qaz potensialı yüksək olan, amma az öyrənilmiş çöküntü hövzələrinə xüsusi diqqət yetirilir.