Kreml: Putin sülhə doğru kiçik addım atdı

7 Sentyabr 2026 14:33 (UTC+04:00)

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşner arasında sentyabrın 5-də keçirilən görüş sülhə doğru kiçik addım idi”.

SİA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, istənilən cəhd az-çox təsirlidir; bu, sülhə doğru kiçik addımdır. Amerikanın danışıqlar üzrə nümayəndələrinin sülhməramlı səylərini yüksək qiymətləndiririk”, - Kremlin sözçüsü vurğulayıb.