Qərb mediası Azərbaycana qarşı çirkin fəaliyyətindən əl çəkmir - TƏHLİL

7 Sentyabr 2026 12:07 (UTC+04:00)

Azərbaycanın inkişafı, müasir infrastrukturu və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, nüfuzunun artması bəzi ermənipərəst xarici dairələri cidd narahat edib. Onlar hər cür çirkin vasitə və üsullardan istifadə etməklə Azərbaycanın beynəlxalq aləmdəki imicinə xələl gətirməyə çalışlar. Bu məsələdə ölkəmizdə müxtəlif cinayətlər törədərək Avropanın müxtəlif zirzəmilərində gizlənən "azərbaycanlılar"dan istifadə edirlər. Antimilli ünsürlər hesab edilən "azərbaycanlılar" səhərdən axşama qədər sosial şəbəkələrin nəzarətsiz zona olmasından istifadə edərək ölkəmiz haqqında, xüsusilə də atributlarımızla bağlı təhqirlər yağdırır, ittihamlar irəli sürür, şər və böhtanlar səsləndirirlər. Bu cılız, düşük fəaliyyətin haradan və nəyə görə qaynaqlandığını isə tərəqqipərvər xalqlar, eləcə də dövlətlər yaxşı anlayırlar. Bu baxımdan sapı özümüzdən olan baltaların sayıqlaması xarici ölkələrin əksəriyyətində ciddi qarşılanmır, bəzi hallarda lağ obyekti, gülüş hədəfi olur. Bunu yaxşı anlayan Avropanın, ABŞ-ın, eləcə də Rusiyanın bəzi qaranlıq dairələri özləri dövriyyəyə daxil olub, Azərbaycanla bağlı dezinformasiyalar yayır, şər və böhtanlar səsləndirirlər. Kampaniyanın koordinasiyalı şəkildə aparıldığı müşahidə olunur. Görüntü olaraq Avropa ölkələri ilə Rusiya arasında Ukrayna müharibəsinə görə qarşıdurmanın yaşandığı nümayiş etdirildiyi halda, əməli fəaliyyətdə Azərbaycana qarşı "səlib hücumlar"ında birgə hərəkət edirlər. Tərəflər Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni terror maşınını məhv edib, 30 illik işğala son qoymasını həzm etmədiklərindən eyni tezislər əsasında ölkəmizə qarşı təxstibatçı mövqe sərgiləyirlər. Hər məqamda Avropanın və Rusiyanın mediasında Azərbaycanın haqq mübarizəsi, torpaqlarını işğaldan azad etməsi vay-şüvənlə qarşılanır, fikirlər səsləndirilir, yazılar dərc olunur. Bu günlər, yəni 2026-cı il iyulun 14-də "‘Moskva 24"-də telekanalın aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxışlar edildi. Məhz bu separatçı çıxışların davamı Polşadan gəldi. Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı yalana, şər və böhtana əsaslanan, ictimai rəyi çaşdırmağa yönələn məlumat yayıb.

Polşa separatizmi dəstəkləyən quruluş kimi tanınır

Dünya miqyasında Polşa özünə və dəyərlərinə hörmət etməyi bacarmayan quruluş olaraq tanınır. Çünki hakimiyyət və onun ətrafında formalaşan qruplar, xüsusilə media dünyada baş qaldırmağa hazırlaşan separatçı qüvvələri siyasi və maliyyə baxımından dəstəkləyir. Fransanın, Niderlandın, Belçikanın müstəmləkə siyasətinə dəstək göstərən əsas dövlətlərdən biri, məhz Polşa hesab olunur. Dəfələrlə Avropa İttifaqına işğaldan əziyyət çəkən ərazilərin xalqları tərəfindən Fransanın, Niderlandın, Belçikanın cəzalandırılması, onlara sanksiyaların tətbiq olunması barədə ünvanlanan müraciətlərə Polşa sərt reaksiya verib, müraciətin qəbul edilməməsini nümayiş etdirib. Azərbaycana qarşı separatçı mövqedən çıxışların edilməsi bu oyuncaq dövlətin xəmirinin separatizmdən, terrordan yoğrulmasından irəli gəlir. Bir neçə dəfə Polşa hakimiyyəti, parlamenti, media orqanları erməni separatizmə dəstək verilən, mövqe nümayiş etdirib, TV proqramlar yayımlayıb.

26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) "Eastern Express" verilişində Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı tam şəkildə böhtanlardan ibarət olan fikirlər səsləndirilib. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi verilişdə qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib. Notada qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli səylər göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılması Azərbaycan tərəfində sual doğurur.

"Nexta" kanalı bu istiqamətdə daha çox riyakarlıq edir

Polşanın separatçı fəaliyyəti bununla bitmir. Bu oyuncaq quruluş məqam düşüncə Azərbaycana qarşı şər və böhtan kampaniyasını davan etdirir. Avqustun 2-də Azərbaycanın Goranboy rayonunda baş verən yanğınla bağlı Polşa mediası təxribatçı və dezinformasiya xarakterli informasiyalar yayır. Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı bu istiqamətdə daha çox riyakarlıq və müqəddəs peşə olan jurnalist peşəsinin etik qaydalarına zərbə vuran fəaliyyət yolu tutub. Kanal heç bir dəqiqləşdirmə və ya araşdırma aparmadan Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğına müəyyən rəng qatmağa, hadisəni "diversiya" faktı kimi qələmə verməyə cəhd göstərib. Təbii ki, belə əməl birbaşa təxribatdır və dövlətlərarası əlaqələrə zərbə vura bilər. Nəzərə alınmalıdır ki, yanğın hadisəsinin baş verdiyi an Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin müvafiq qüvvələri Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri tədbirlər gördü. Qısa müddətdə vəziyyət nəzarət altına alındı. Təhlükəsizlik tədbirləri çərçivəsində Nizami kəndinin əhalisi daha təhlükəsiz ərazilərə təxliyə olundu. Xarici media, xüsusi ilə də, qaranlıq otaqda birə axtaran Qərb mediası, o cümlədən Polşanın bir sıra TV-ləri isə hadisəni siyasiləşdirməyə cəhdlər göstərdilər. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyəti arasında hiddətə səbəb olub. Əsaslı olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi "Nexta" kanalının şər və böhtanına sərt münasibət bildirib və kanalın əməkdaşlarını ədalətli olmağı çağırıb. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur: "Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı subyektiv mülahizələrə əsaslanan, hadisəni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb. Aparılan təhlillər baş verənlərin vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi olduğunu göstərir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır".

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaydığı məlumatda qeyd olunur ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, Azərbaycanın informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan dezinformasiya hallarının intensivliyi artıb: "Ümumi informasiya mühitinin monitorinqi və təhlili zamanı Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, BBC-də, ABŞ-nin CNN telekanalında, Fransanın "Le Monde" qəzetində, Polşanın TVP telekanalında və digər media resurslarında Azərbaycanla bağlı birtərəfli yanaşma və əsassız mülahizələrin yer aldığı materialların yayıldığı müəyyən edilib".

MEDİA bunu Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsi kimi qiymətləndirib və bu qəbildən olan fərziyyə və iddiaların yayılmasını informasiya manipulyasiyasının təzahürü adlandırıb. Agentlik Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmağa yönəlmiş halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin davam etdiriləcəyini bildirib.

Göründüyü kimi, Qərb mediası koordinasiyalı şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Məqsəd də, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın hərbi zəfərinə, siyasi, iqtisadi, sosial uğurlarına, beynəlxalq aləmdə qazandığı nüfuzuna xələl gətirməkdir. Çirkin niyyətlərinə isə heç zaman nail ola bilməyəcəklər. Çünki güclü və qüdrətli Azərbaycanın önündə onlar çox cılız və gücsüzdürlər.

İ.ƏLİYEV