Tərtərdə 54 yaşlı kişi güllələnib

7 Sentyabr 2026 11:31 (UTC+04:00)

Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.