Şəkidə avtomobil piyadanı vurub öldürüb

7 Sentyabr 2026 06:05 (UTC+04:00)

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətləb