Sahibə Qafarova ABŞ-da işgüzar səfərdədir

6 Sentyabr 2026 23:03 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Nyu-York beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Mətləb