Kabarda-Balkarda 10 alpinist itkin düşüb

7 Sentyabr 2026 03:05 (UTC+04:00)

Rusiyanın Kabarda-Balkar respublikasında 10 alpinist itkin düşüb. "Baza" "Telegram" kanalının məlumatına görə bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, uçqun Mijirgi dağında baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər ağır xəsarət alıb, 10 alpinistin taleyi isə məlum deyil. Hadisə yerinə xilasedicilər göndərilib.

Mətləb