Ucarda yük avtomobili yanıb

6 Sentyabr 2026 20:16 (UTC+04:00)

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.