Xankəndidə 4 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb

7 Sentyabr 2026 00:03 (UTC+04:00)

Xankəndi şəhərində dörd yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb. Yerli mediada yayılan məlumata görə, azyaşlı yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Mətləb