Biləcəriyə gedən yol sabahdan...

6 Sentyabr 2026 23:35 (UTC+04:00)

Paytaxtın Binəqədi rayonu, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işlərinin bir hissəsi başa çatdırılıb.

SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli Trend-ə bildirib ki, "Şamaxı yolu" adlanan ərazidən Sumqayıt yolu istiqamətində hərəkət sentyabrın 6-da səhər saat 05:00-dan etibarən bərpa olunub.

Onun sözlərinə görə, ərazidə təmir işləri gecə saatlarında da fasiləsiz davam etdirilib və yolun Sumqayıt istiqamətində olan hissəsində işlər yekunlaşdırılaraq nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradılıb.

“Hazırda Sumqayıt yolu istiqamətində hərəkət açıqdır. Biləcəri istiqamətində isə təmir işləri davam etdirilir. Həmin istiqamətdə də işlərin tamamlanaraq sentyabrın 7-də səhər saatlarından etibarən yolun hərəkətə açılması nəzərdə tutulur”, – Anar Nəcəfli qeyd edib