Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək

6 Sentyabr 2026 19:35 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, arımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.